Kanada hökuməti Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlayıb. Kanada Xarici İşlər Nazirliyi eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının da “terror təşkilatı” statusundan çıxarıldığını bildirib. HTŞ Əsədi devirməkdə mühüm rol oynamış koalisiyaya liderlik edən qurum idi.
#Heyət Təhrir əş-Şam (HTŞ)
ABŞ-nin Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb. Bu haqda İstanbulda keçirilən TRT World Forum 2025-də iştirak edən Suriya İnformasiya naziri Həmzə Əl Mustafa məlumat verib. Nazir, foruma bu dəfə “yeni Suriya rəhbərliyini təmsil edən nümayəndə” kimi qatıldığını qeyd edib.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Dəməşq yaxınlığındakı yerüstü hədəflərinə hücum edib.
ABŞ Dövlət Departamentinin rəsmi qərarına əsasən, Suriyadakı “Heyət Təhrir əş-Şam” (HTŞ) təşkilatı artıq “Yad terror təşkilatları (FTO)” siyahısından çıxarılıb.
İsrail, Suriyada Türkiyənin artan hərbi nüfuzunu zəiflətmək üçün açıq müharibədən yayınaraq hava hücumları və strateji mesajlarla gizli qarşıdurma aparır.
Keçmiş rejimin kaptagon istehsalı və saxlanması üçün istifadə etdiyi, xüsusilə keçmiş prezident Bəşşar Əsədin qardaşı Mahir Əsədə bağlı şəbəkələrə məxsus obyektlər tapılıb.