#Beynəlxalq STEAM Azərbaycan Festivalı

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

Azərbaycanın yaradıcılıq ekosisteminin inkişafına dəstək göstərən Yaradıcı Mərkəz bu il keçirilən STEAM Azərbaycan Festivalında geniş proqramla iştirak edir. Mərkəz festivalda həm rezident oyun studiyalarının hazırladığı layihələri, həm də YaradıcıEduAz layihəsi çərçivəsində təşkil olunan ustad dərslərini təqdim edir.