Qəzza Fələstin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlara görə, İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi hərbi hücumlar nəticəsində ölənlərin sayı 72 775-ə çatıb, yaralananların sayı isə 172 750-dən çoxdur. Oktyabr ayında elan olunmuş atəşkəsə baxmayaraq, İsrail hücumları davam edib və nəticədə əlavə olaraq 883 nəfər həlak olub, 2 648 nəfər isə yaralanıb. Hücumların böyük hissəsi mülki əhaliyə təsir edib, infrastruktura ziyan dəyib və regionda humanitar vəziyyət kritik olaraq qalır. Bu, beynəlxalq hüquq və insan hüquqları baxımından ciddi narahatlıq doğurur və Qəzzada davam edən gərginliyi göstərir.
#Qəzza hücumları
Braziliya mətbuatının məlumatına görə, hökumət İsrailin Gali Daganı yeni səfir kimi təqdim etməsini qəbul etməyib. Dagan, ötən həftə istefa verən hazırkı səfir Daniel Zohar Zonşaynın yerinə təyin olunmuşdu. İsrail Xarici İşlər Nazirliyi də Braziliyanın bu qərarını təsdiqləyib.
İsrailшт Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 88 fələstinli həlak olub.
İsrailin hücumları nəticəsində Qəzzada minlərlə insan həyatını itirib, şəhərlər dağıdılıb, infrastruktur məhv edilib.