#Yağış mövsümü

İndoneziyanın Sumatra Adasında şiddətli yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsində həyatını itirənlərin sayı 248-ə yüksəlib. İndoneziya Fəlakətlə Mübarizə Agentliyinin açıqlamasına görə, xilasetmə komandaları daha çox meyitə çatıb və yaralananların sayı 500-dən çoxdur. Yol qapanmaları səbəbindən bəzi ərazilərə çatmaq mümkün olmadığından ölü sayının daha da arta biləcəyi bildirilir. Agentlik həmçinin bildirir ki, binlərlə ev və tikili sular altında qalıb, minlərlə ailə evini tərk etməli olub. Dəmir yolları, körpülər, düyü tarlaları, heyvanlar və ictimai obyektlər də sellərin zərbəsindən təsirlənib.

Hindistanda leysan yağışlar fəlakətlərə səbəb olub, 21 nəfər ölüb. Maharaştra ştatında 5 gün ərzində yağan güclü leysan yağışlar daşqın və torpaq sürüşmələrinə yol açıb, nəticədə 21 nəfər həyatını itirib. Mumbayda isə yağışlar səbəbindən 400–500 nəfər təxliyə edilib. Qeyd edək ki, Cənubi Asiyaya iyun-sentyabr aylarında təsir edən musson yağışları hər il Hindistanda genişmiqyaslı fəlakətlər və itkilərlə nəticələnir.

Iyunun 26-dan bəri Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 746-ya çatıb. Milli Fəlakət İdarəsinin (NDMA) məlumatına görə, yalnız son 24 saatda, əsasən Gilgit-Baltistan bölgəsində 44 nəfər ölüb. Təxminən iki ay davam edən fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb. Şimal-qərb bölgəsindəki axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir. Rəsmi qurumlar güclü yağışların cənub bölgələrində də davam edəcəyini açıqlayıb. Bildirilib ki, yağıntılar avtomobil yollarını su altında saxlaya, nəqliyyatı poza, Sind əyalətinin Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurxas və Sukkur şəhərlərində elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.