#Azeri Light (CIF)

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,43 ABŞ dolları və ya 0,62% artaraq, 69,74 dollar/barel təşkil edib.Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,43 dollar və ya 0,63% bahalaşaraq 68,24 dollar təşkil edib. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,4 dollar və ya 0,71% artaraq, 56,62 dollar/barelə bərabər olub.