ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem CBS News-un “Face the Nation” proqramına verdiyi müsahibədə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatlarının genişləndirilməsi ilə bağlı açıqlamalar verib. Noem, xüsusilə Çikaqoda ICE-nin fəaliyyətlərinə daha çox resurs ayrılacağını bildirib. “Biz hazırda Çikaqo, İllinoys və digər ştatlarda ICE ilə əməliyyatlar həyata keçiririk və qanunların tətbiq olunmasını təmin edirik. Ancaq bu əməliyyatları daha da gücləndirmək üçün əlavə resurslar ayırmağı planlaşdırırıq.” - deyə o bildirib.
#ABŞ immiqrasiya siyasəti
Donald Tramp administrasiyası immiqrasiya siyasətini sərtləşdirərək, etibarlı vizası olan milyonlarla əcnəbinin sənədlərinin yenidən yoxlanılacağını açıqlayıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, yoxlamalar viza müddətini keçmə, cinayət törətmə, ictimai təhlükəsizliyi təhdid etmə, terror fəaliyyəti ilə məşğul olma və ya terror təşkilatına dəstək vermə kimi halları əhatə edəcək. Əgər pozuntular aşkarlanarsa, vizalar ləğv ediləcək, ölkədə olan şəxslər isə deportasiya oluna biləcək. Proses zamanı viza sahiblərinin öz ölkələrindəki təhlükəsizlik və immiqrasiya qeydləri, eləcə də sosial media fəaliyyətləri də nəzərdən keçiriləcək.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə mühacirə ölkədə yaşamaq və işləmək hüququ verən müvəqqəti statusun ləğv edildiyini açıqlayıb və onlara ölkəni tərk etmələri üçün bildirişlər göndərib.