Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq, Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Cəmiyyət
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
Məqalədə Azərbaycanın dövlətçilik tarixində siyasi varislik modelinin rolu və Heydər Əliyev faktorunun ölkənin sabitlik, inkişaf və Zəfər fəlsəfəsinin formalaşmasındakı əhəmiyyəti təhlil olunur. Yazıda vurğulanır ki, Heydər Əliyev–İlham Əliyev siyasi xətti Azərbaycanı regional liderə çevirən strateji dövlətçilik modeli kimi qiymətləndirilir.
8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
Mayın 9-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər.
Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu vurğulanıb, onun ideyalarının bu gün də cəmiyyətin və gənclərin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib.
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans keçirilib. Tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib, Ulu Öndərin dövlətçilik irsi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyasının əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində sərgi təşkil olunub və Heydər Əliyevin həyatına həsr edilən sənədli film nümayiş etdirilib.
Mayın 7-də Türkiyənin Kilis şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov Aşqabad şəhərində yaşayan yüz yaşlı, azərbaycan əsilli Tahirə Həsən qızı Əliyevanı evində ziyarət edib, faşizm üzərində qələbə münasibətilə təbrik edərək ona gül dəstəsi və hədiyyə təqdim edib.
08 may 2026-cı ildə Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.
Prezidentin Fərmanına əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni” QSC-yə birləşdirilir.
Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.