Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib

    7 Oktyabr 2024 17:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən tanınmış qazax yazıçısı Berdibek Sokpakbayevin Azərbaycan dilində nəşr olunan "Mənim adım Kojadır" kitabının təqdimat mərasimi keçirilib

    AzerVoice xəbər verir ki, X Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını və 100 illik yubiley mərasimini keçirib.

    Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu söyləyib. Kitabın dünyanın 68 dilinə tərcümə olunduğunu diqqətə çatdıran Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə kitabı ilk dəfə Azərbaycan dilinə tərcümədə oxuculara təqdim etdiyini bildirib.

    Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev yazıçının bir çox böyük romanlara imza atdığını diqqətə çatdırıb. O, “Mənim adım Kojadır” əsərinin gənc nəslə milli dəyərlərə sahib çıxmağı öyrətdiyini deyib. Prezidentin müşaviri bildirib ki, əsəri ilk dəfə rus dilinə çevirən yazıçının qızı Samal Sokpakbayeva olub. “Kitabın bir çox ölkədə təbliğində Samal xanımın böyük rolu var”, - deyə o əlavə edib.

    Malik Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Türk Mədəniyyəti və İrsi Fondunun böyük bir işə imza atdığını deyib.

    Almatı vilayətinin Mədəniyyət, arxivlər və sənədləşmə idarəsinin rəhbəri Daniyar Əliyev, yazıçının qızı Samal Sokpakbayeva kitab ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar.

    Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tərcümə edənlər Xanım Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid Hüseyndir.

    Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib. Bu əsər dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən biridir.

    Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri, habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.

    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    Türk Mədəniyyəti və İrsi Fondu Mənim adım Kojadır kitabının təqdimatını keçirib
    #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07
    XƏBƏR LENTİ

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı

    Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

    Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.