Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qarabağda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib

    30 Avqust 2024 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qarabağda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Qarabağ itkin ailələri İctimai Birliyi 30 avqust - Beynəlxalq İtkinlər Günü ilə əlaqədar bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatı İctimai Birliyin sədri Könül Behbudova səsləndirib.

    Bəyanatda deyilir:

    “Biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından 30 avqust - Beynəlxalq İtkinlər Günündə dünya ictimaiyyətinə müraciət edirik.

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycan ərazisinin 20 faizi işğal edildi, şəhərləri, kəndləri vəhşicəsinə dağıdıldı, talan edildi, dinc insanlar qətlə yetirildi, əsir-girov götürüldü, itkin düşdü, soyqırımına və etnik təmizləməyə məruz qaldı, bir milyona yaxın Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrildi.

    Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin dəfələrlə bəyan etdiyimiz kimi, biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq. Azərbaycanın dəfələrlə atdığı xoşməramlı addımlara baxmayaraq, Ermənistan yenə də itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən boyun qaçırır və yaxud müxtəlif bəhanələrlə yayınır.

    Faktlar və şahid ifadələri təsdiq edir ki, birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal olunarkən beynəlxalq humanitar hüququn normaları kobud şəkildə pozulmuş, o cümlədən mülki əhali hədəfə alınmış və zorakı itkin düşmə halları baş vermişdir.

    O da məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan ordusunun nəzarətində olmuşdur. Bu səbəbdən itkin düşmüş bütün şəxslərə, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatların Ermənistan tərəfində olması şübhəsizdir. Bunu Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Ermənistanın yüksək rütbəli zabitləri kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə dəfələrlə etiraf etmişlər.

    Biz - itkin ailələri bu etirafların nəticəsini əməli addımlarda görmək istəyirik. Başqa sözlə, biz itkin düşmüş Azərbaycan vətəndaşlarının məzar yerləri barədə məlumatların verilməsini, xalqımıza qarşı vəhşiliklər törətmiş şəxslərin mühakimə olunmasını Ermənistandan tələb edirik.

    Eyni zamanda, biz Beynəlxalq İtkinlər Günü ilə əlaqədar dünyada itkin düşmüş bütün insanların xatirəsini hörmət və ehtiramla anır, tərəqqipərvər bəşəriyyəti insanların zorakı itkindüşmələrdən qorunması üçün zəruri addımlar atmağa çağırırıq.

    İtkin düşmüş şəxslərin problemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Məhz bu diqqətin sayəsində Vətən torpaqları işğaldan azad edildikdən sonra qısa müddətdə həmin şəxslərin dəfn edildiyi 18 kütləvi məzarlıq aşkarlanıb, 151 itkin-şəhidin taleyinə aydınlıq gətirilərək nəşləri ailələrinə təhvil verilib və həmin ailələrin iztirabına son qoyulub.

    İtkin düşmüş şəxslərin problemi təkcə Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Bu məsələ ilə daha yaxından məşğul olmaq üçün beynəlxalq təşkilatların da öz səylərini artırmaları vacibdir. Buna görə də biz - azərbaycanlı itkin ailələri BMT-nin Baş katibi Antonio Quterreşə və digər BMT rəsmilərinə bir daha müraciət edərək onları bu problemə xüsusi diqqət ayırmağa, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına çağırırıq”.

    Qarabağda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib
    #Qarabağ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Marko Yankoviç “Qarabağ”dan ayrıldı

    22 İyun 2026 10:37

    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

    12 İyun 2026 20:45

    Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi

    15 May 2026 19:07

    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

    13 May 2026 17:54

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşım edilib

    9 May 2026 23:11

    Prezident İlham Əliyev: Cəbrayılın gələcəkdə Azərbaycan üçün böyük töhfəsi olacaq

    9 May 2026 21:17

    Prezident İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir

    9 May 2026 18:36

    Prezident İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir

    9 May 2026 18:31

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

    9 May 2026 18:04
    XƏBƏR LENTİ

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.