Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Paşinyan mənə Prezident İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi - Harutyunyan

    3 Mart 2025 21:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Paşinyan mənə Prezident İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi - Harutyunyan
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ermənistanın baş naziri Nikol Paşinyan mənə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi.

    AzerVoice xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Arayik Harutyunyan bugünkü məhkəmə iclası zamanı sərbəst ifadəsində deyib.

    “Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”, - o bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.

    Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

    #Arayik Harutyunyan #Bakı Hərbi Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    17 Fevral 2026 12:08

    Ruben Vardanyana hökm oxunur

    17 Fevral 2026 12:06

    Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib

    10 Fevral 2026 18:52

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək

    9 Fevral 2026 11:17

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    5 Fevral 2026 20:07

    Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfərə hökm oxundu

    5 Fevral 2026 16:20

    Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:40

    Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:38

    David Babayan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:30

    Davit İşxanyan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:28

    David Manukyan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:26

    Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:25
    XƏBƏR LENTİ

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Mustafa Kamal Atatürkün İslam və din üzərindəki fikirləri nədir?

    Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

    Bizansın qapılarını açan sərkərdə: Hz. Əbu Bəkrin gizli dövlət strategiyası

    Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.