Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    "Mənim səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb

    8 Fevral 2024 15:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Mənim səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı.AzerVoice:

    "Mənim səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

    "3 qeyri-hökumət təşkilatı — “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti", “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi”, “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliklərinin təsis etdiyi “Mənim səsim” Seçki Monitorinq Koalisiyası 2023-cü ilin dekabrından başlayaraq Azərbaycanda növbədənkənar Prezident seçkiləri prosesini fasiləsiz monitorinq edir. Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır.

    Seçki gününə qədər Koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşəkar təlimlər keçib. Koalisiya seçki gününə qədər Prezidentliyə bütün namizədlərlə və ya onların səlahiyyətli nümayəndələri ilə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası ilə, o cümlədən digər maraqlı tərəflərlə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlərini götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb və ictimaiyyətə açıqlayıb.

    7 fevral — seçki günü “Mənim səsim” Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəçiliyi aparıb. Koalisiyanın 500 nəfərdən çox seçki müşahidəçisi respublikanın bütün ərazisində - bütün bölgələrdə təmsil olunmaqla, seçki dairələrinin ümumi sayının 53,6%-ni təşkil edən 67 Seçki Dairəsində müşahidə aparılıb. Müşahidəçilərimizin içərisində qadınlar və gənclər üstünlük təşkil edib.

    Dünən seçki günü - peşəkar müşahidəçilərimizdən toplanmış bütün məlumatlar, qeydlər Koalisiyaya cəlb edilmiş ekspertlərin də iştirakı ilə ətraflı təhlil olunub.

    Beləliklə, müşahidə apardığımız 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz aşağıdakı nəticələrə gəlməyə imkan verir:

    • seçki seçicilərin yüksək fəallığı şəraitində səsvermə prosesinə heç bir müdaxilə halları olmadan azad, ədalətli, şəffaf şəkildə keçib,
    • seçki məntəqələrində texniki təchizat, səsvermə kabinələri, səsvermə qutuları Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn tələblərə uyğun olub,
    • seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səs vermələri üçün bütün təmin edilib,
    • “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə, o cümlədən olduğumuz məntəqələrdə seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə maneə törədilməsi halı qeydə
      alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb,
    • seçki məntəqələrində foto və video çəkiliş aparmaq, internet resurslarından istifadə sərbəst olub, media nümayəndələrinin də işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki iumalistlərdən Koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb:
    • məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib,
    • seçki günü xüsusilə saat 8-9, 12-13, 17:30-19:00 arası seçki məntəqələrinə seçici axını daha çox olub, onların içərisində gənclər və qadınlar çoxluq təşkil edib,
    • səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması qanuna uyğun təşkil edilib. Bundan başqa, müşahidəçilərimiz tərəfindən prosedurların aparılması ilə əlaqədar bəzi texniki məzmunlu nöqsanlar da qeydə alınıb ki, onlar seçkinin ümumi nəticəsinə təsir gücündə deyildir.

    Seçkilərdə iştirakdan imtina etmiş bir sıra siyasi partiyaların ötən gün “yerli səviyyədə seçkiləri müşahidə işi ilə illərdir peşəkarcasına məşğul olan QHT-lərin bu seçkini müşahidə etməsinə imkan yaradılmaması” barədə bəyanatları siyasi cəfəngiyyatdır.

    Əvvəla, təmsil etdiyimiz “Mənim səsim” Seçki Monitorinq Koalisiyası yuxarıda qeyd edildiyi kimi, özündə 3 QHT-ni birləşdirir. Bizlər Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilmiş bütün seçkiləri monitorinq etmişik Bundan başqa, 7 fevral seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000 nəfərə yaxın seçki müşahidəçisi yer alıb. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bu koalisiyalarda birləşən 9 QHT ümumilikdə 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki
    müşahidəçiliyi aparıb.

    Seçki günü 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında əminlikdə deyə bilərik ki, 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkiləri ölkədə demokratiyanın, siyasi mədəniyyətin inkişafı baxımından irəliyə doğru atılmış böyük addımdır. Seçki azad, ədalətli və şəffaf olub. Seçicilərdə seçkilərdə iştirakla bağlı görünməmiş yüksək motivasiya, xoş əhval-ruhiyyə, sıra, növbə mədəniyyəti müşahidə olunub. Ailə üzvləri
    birgə seçkiyə qatılanlar çoxluq təşkil edib.

    Müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Azad edilmiş ərazilərdə seçki günü məntəqələr önündə çoxsaylı sıralar müşahidə edilib.

    “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkilərdən sonra da monitorinqini davam edir. İndi biz monitorinqimizin seçkidən əvvəl və seçki günündən sonrakı yekun- III fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq".

    "Mənim səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.