Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanda seçkilər tam demokratik şəraitdə keçirildi

    8 Fevral 2024 14:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda seçkilər tam demokratik şəraitdə keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki məntəqələrində əlilliyi olan vətəndaşlar üçün hər cür şərait yaradılıb.

    AzerVoice xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) üzvü, Azərbaycanda seçkilərin beynəlxalq müşahidəçisi Soro Fobeh deyib.

    Onun sözlərinə görə, bu, seçkilərin tam demokratik olmasının əyani sübutudur. O, həmçinin, seçkilərdə iştirak prosesində bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsinin vacibliyini qeyd edib.

    “Biz Bakı şəhərində beş, Sumqayıtda da beş seçki məntəqəsində olduq. Biz hesabatda əlilliyi olan vətəndaşlar üçün hər cür şəraitin yaradılması faktını xüsusi qeyd etmək istəyirik. Seçki prosesi əhalinin bütün təbəqələri üçün əlçatanlığın təmin edilməsi baxımından müsbət məqam kimi yadda qaldı", - o vurğulayıb.

    Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

    Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

    “Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

    Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

    Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

    MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

    Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

    Azərbaycanda seçkilər tam demokratik şəraitdə keçirildi
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.