ArabSport

Fənərbaxça, UEFA Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda bu gün Xorvatiyada Dinamo Zaqrebin qonağı olacaq. Maksimir Stadionunda baş tutacaq qarşılaşmanı fransız hakim Jerom Brizar idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da TRT 1-də canlı yayımlanacaq. Super Liqada son iki oyunundan heç-heçə ilə ayrılan Fənərbaxça, bu oyunda uğurlu nəticə əldə etməyə çalışacaq. Komandanın baş məşqçisi Domeniko Tedesko qarşılaşma öncəsi qələbəyə fokuslandıqlarını bildirib. Dinamo Zaqreb isə Xorvatiya çempionatında mövsümə yaxşı start verib – 7 oyunda 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.

Futbolun canlı əfsanəsi Lionel Messi, keçmiş komanda yoldaşı Usman Dembeleni “Qızıl Top”u qazanması münasibətilə təbrik edib. Fransalı ulduz futbolçu Dembele, 2025-ci il “Ballon d’Or” mükafatının sahibi olub. Fransanın digər ulduzu Kilian Mbappe də yaxın dostunu təbrik edib.

Türkiyə Super Liqasının 6-cı turunda Galatasaray öz meydanında Konyasporu 3:1 hesabı ilə məğlub edərək liqada ardıcıl altıncı qələbəsini qazandı. RAMS Park stadionunda keçirilən qarşılaşmada hesabı 23-cü dəqiqədə Yunus Akgün açdı. Bu, 25 yaşlı futbolçunun ardıcıl üçüncü rəsmi oyunda vurduğu qol oldu. O, daha əvvəl Eyüpspor (Super Liqa) və E. Frankfurt (Çempionlar Liqası) qarşısında da fərqlənmişdi.

Ronaldo bu günədək ardıcıl “Qızıl buts” mükafatları qazanaraq yüksək performansını davam etdirib. Yeni müqavilə isə onu 42 yaşına qədər Əl-Nəsr-də saxlayacaq. İddialara görə, Avropaya qayıdış ehtimalı olsa da, klubların onun maliyyə şərtlərini qarşılamaq istəyi yoxdur.

Mükafatı təqdim etmək üçün Barselona əfsanəsi Ronaldinyo seçilib. 2005-ci ildə “Qızıl Top”u qazanan Ronaldinyo, bu dəfə səhnəyə qalxaraq futbolun ən prestijli mükafatını qalibə təqdim edəcək. Favorit hesab edilən Dembelenin mərasimdə iştirakı hələ də dəqiqləşməyib. Çünki Paris Sen-Jermen bazar ertəsi təxirə salınmış “Le Classique” oyununda Marsellə qarşılaşacaq. Hava şəraiti səbəbindən bazar günü baş tutmayan görüşün yeni tarixi eyni günə təyin olunub. Dembelenin zədəsi səbəbindən komandanın heyətində yer almadığı bildirilir. Bu səbəbdən, ulduz futbolçu Parisdə qalaraq “Qızıl Top” mərasimində iştirak edə bilər.

Real Madrid-in ulduz futbolçusu Vinicius Junior, yeni müqavilə ilə bağlı danışıqlarda istədiyi şərtlərin yerinə yetirilməməsi halında klubdan ayrılmağı nəzərdən keçirir. Bununla yanaşı, Vinisius dəfələrlə karyerasını “Santyaqo Bernabeu”da davam etdirmək istədiyini vurğulayıb. Cari mövsümə də uğurlu başlayan hücumçu 5 oyunda 3 qol payı ilə yadda qalıb.

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb. Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək. Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin çərçivəsində Formula 2 üzrə sprint yarışı başa çatıb. “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç ən yaxşı nəticəni göstərib. Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 2 üzrə sprint yarışı start götürüb. Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS”dən britaniyalı Cek Krauford birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.