Yuxuyozma

Yuxuda pişik balası görmək yaxşı qadına işarətdir.Yuxuda pişik görmək, yuxu görənin xeyirli oğlu olacağına yozulur. Ancaq yuxu görən qadındırsa, bəzi çətinliklərlə düşmənlərə işarə edir.

Bir kimsə yuxusunda lavaş çörəyi görərsə, bu yuxu bolluğa, elm və hidayətə işarədir. Yuxuda çörək tapdığını görmək ruzinin artmasına işarədir. Əgər bir kimsə yuxusunda kasıblara çörək payladığını görərsə, bu yuxu sədaqətə və yuxu sahibinin dinində möhkəmliyinə işarədir.