İstanbul Hava Limanı ilə Avstraliyanın Sidney Hava Limanı arasında “Qardaş Hava Limanı” sazişi imzalanıb. Bu barədə İstanbul Hava Limanının operatoru İGA məlumat yayıb. Saziş çərçivəsində iki hava limanı arasında sərnişin və yük daşımalarının artırılması, hava nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi və ortaq destinasiya tanıtımı məqsədilə strateji əməkdaşlıq qurulub.
#İstanbul Hava Limanına yeni aviaşirkətlər 2025
2025-ci ilin sentyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 62 milyon 861 min 408 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 13 milyon 470 min 966 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 49 milyon 390 min 442 nəfər təşkil edib.
2025-ci ilin iyul ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 milyon 954 min 629 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 9 milyon 953 min 816 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 37 milyon 813 min nəfər təşkil edib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, 24 iyul tarixində Türk hava məkanında min tranzit uçuşa xidmət göstərildiyini və bunun bütün zamanların ən yüksək gündəlik tranzit uçuş göstəricisi olduğunu bildirib.
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olaraq qeydə alındı.
2025-ci ilin may ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 31 milyon 898 min 425 nəfər olub.