Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.
#İğdır-Naxçıvan
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Uraloğlu, Türkiyə ilə Naxçıvan arasında dəmiryolu bağlantısı yaradacaq Kars-Iğdır-Aralık-Dilucu Dəmiryolu Layihəsi üçün Maliyyə Nazirliyinin apardığı işlərlə 2,4 milyard avro dəyərində xarici maliyyələşdirmə təmin edildiyini açıqlayıb.
Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir.