#Con Bozzella

ABŞ-nin iri avtomobil istehsalçılarını təmsil edən Avtomobil İnnovasiyaları Alyansı Çin avtomobillərinin ölkə bazarına girişinin qadağan edilməsini istəyir. Təşkilat Konqresi müvafiq qanunu ilin sonunadək qəbul etməyə çağırıb. Alyans “General Motors”, “Ford”, “Toyota”, “Volkswagen”, “Hyundai”, “Honda” və digər iri istehsalçıları təmsil edir. Təşkilat Çin avtomobillərinin proqram və texniki avadanlıqlarını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. ABŞ Senatının Ticarət Komitəsi iyulda mövcud məhdudiyyətləri sərtləşdirən qanun layihəsini təsdiqləyib. Lakin layihə hələ yekun şəkildə qəbul edilməyib. Alyans “BYD”, “Chery” və “SAIC Motor” kimi şirkətlərə xüsusi icazələrin verilməsinin də qarşısının alınmasını istəyir. Çin isə avtomobil ixracına qarşı ABŞ-nin məhdudlaşdırıcı addımlarına etiraz edir.