#Milli Məclisin sədri

Milli Məclisin sədri 2024-cü ildə Bakıda keçirilən COP29-un bu baxımdan mühüm platforma olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, COP29 çərçivəsində Milli Məclisin və PAİ-nin yüzlərlə parlamentarini bir araya gətirərək iqlim dəyişikliyinə qarşı birgə cavab tədbirlərini müzakirə etmək üçün mühüm imkan yaratdığını bildirib.Spiker çıxışında parlamentlərin inklüzivliyinin yalnız müxtəlif sosial qrupların və regionların təmsilçiliyi ilə məhdudlaşmadığını vurğulayıb. Bildirilib ki, əsl inklüzivlik parlamentlərin qərar qəbuletmə prosesində bərabər iştirak imkanlarının təmin olunmasını nəzərdə tutur. Bu baxımdan, bərabər təmsilçilik prioritetlərin müəyyənləşdirilməsi, qərarların formalaşdırılması və qəbul edilən qərarlara təsir imkanları ilə ölçülməlidir.