#The Witcher 4

“CD Projekt Red” ilin ilk yarısında xalis mənfəətini 37 faiz artırıb. Şirkətin xalis mənfəəti 249,1 milyon zlotıya çataraq mütəxəssislərin gözləntilərini üstələyib. Eyni dövrdə gəlirlər 23 faiz artaraq 435,3 milyon zlotı təşkil edib. Şirkət yüksək göstəriciləri güclü oyun satışları ilə əlaqələndirir. Əqli mülkiyyət hüquqlarının istifadəsindən əldə olunan gəlirlərin də şirkət üçün əhəmiyyəti artır. “The Witcher 3” oyununun yenilənmiş buraxılışı sentyabrın 29-da təqdim ediləcək. “The Witcher 4” oyununun isə 2028-ci ildə təqdim olunması nəzərdə tutulur. Şirkət öz markalarının dünya kütləvi mədəniyyətində mövqelərinin gücləndiyini bildirir.