#Bağdad Kərx Birinci İstintaq Məhkəməsi

İraqda Suriyanın şimal-şərqindən gətirilmiş 5 704 İŞİD şübhəlisi ilə bağlı ilkin istintaq başa çatıb. Şübhəlilər 67 müxtəlif ölkənin vətəndaşlarıdır. Onların 3 497 nəfəri Suriya, 474 nəfəri isə İraq vətəndaşıdır. Araşdırılan şəxslər arasında İŞİD-in yüksək vəzifəli rəhbərlərinin və müxtəlif bölmələrinin nümayəndələrinin olduğu bildirilir. Altı şəxsin yezidi qadınlara qarşı törədilmiş ağır cinayətlərlə əlaqəsinin müəyyənləşdirildiyi açıqlanıb. Yetərli sübut olmayan bəzi şəxslər azad edilib və ya öz ölkələrinə təhvil verilib. Daha 457 Suriya vətəndaşının Suriyaya qaytarılması istiqamətində iş aparılır. Qalan işlərin mərhələli və fərdi qaydada İraq məhkəmələrinə göndərilməsi nəzərdə tutulur.