#MBDA STRATUS RS qanadlı raketi

Yaponiya Müdafiə Nazirliyi son büdcə sənədində reaktiv mühərrikli (ramjet) "ASM-3 Kai" raketini həm gəmi əleyhinə, həm də "hava-hava" tipli hədəfləri vurmaq üçün ikili təyinatlı raket kimi istifadə etməyi planlaşdırdığını açıqlayıb. Sakit okeanda daha uzaqmənzilli zərbə imkanları axtarışında olan Tokio yeni hazırlanacaq "ASM-3 Kai" modelinə hava hədəflərini məhv etmə qabiliyyəti əlavə etmək qərarına gəlib.