Qətərin Ticarət və Sənaye Nazirliyi (MOCI) 2026-cı ilin ikinci rübü üzrə əsas fəaliyyət göstəricilərini açıqlayıb. Hesabat dövründə həyata keçirilən 131 mindən çox əməliyyatın 86 faizi elektron qaydada icra olunub, onlayn xidmətlər üzrə istifadəçi məmnuniyyəti isə 93 faiz təşkil edib.