#TÜİB

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüblər. Görüşdə qurumun qarşıdakı dövr üçün fəaliyyət planı müzakirə olunub. Tərəflər Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. İşgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Yeni əməkdaşlıq və sərmayə imkanlarının təşviqi də əsas müzakirə mövzularından olub. Birol Akgün Nedim Kayanı yeni vəzifəsi münasibətilə təbrik edib. TÜİB iki ölkənin strateji tərəfdaşlığının iqtisadi sahədə daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyub. Qurum işgüzar dairələr üçün yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.