Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb. Görüşlər zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
#Xarici İşlər Nazirliyi
Sibiha Azərbaycana başsağlığı verib
Bildirilib ki, görüş Ukrayna Xarici İşlər Nazirliyində keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi qarşılanma mərasimində iştirak edib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb. Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
Azərbaycan və Ukrayna XİN başçıları memorialı ziyarət ediblər
Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Vaşinqton Sülh Sammiti zamanı təqdim olunan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır
Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.
Ceyhun Bayramov iqnatsio Kassisi qarşılayıb
Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri Tiina Nirki qəbul edib. Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Tərəflər siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Estoniyanın Azərbaycanda səfirlik açması ikitərəfli münasibətlər üçün mühüm addım kimi qiymətləndirilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzində olub. Görüşdə regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib
Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk