#Xarici İşlər Nazirliyi

Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.