#Suriya məktəbləri

Suriyanın Təhsil Nazirliyi 2026-cı il üzrə əsas təhsil və şəriət hazırlıq məktəblərinin buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, imtahanlarda ümumilikdə 432 min 549 şagird iştirak edib. Əsas təhsil üzrə 419 min 817 şagird imtahan verib. Müntəzəm təhsil alanlar arasında nəticə 65,5 faiz, sərbəst təhsil alanlar arasında isə 43 faiz təşkil edib.