#Mübariz Göyüşlü

Göyüşlü açıqlamasında bildirib ki, ABŞ keçmişdə də uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münaqişəsinin həllində vasitəçi kimi çıxış edib. “Biz unutmamışıq ki, ABŞ bu prosesdə yeni deyil, köhnə bir vasitəçidir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də iştirak edib. Doğrudur, Minsk qrupu effektiv nəticə verə bilmədi, biz məsələni özümüz həll etdik. Amma qrupun üç həmsədrindən biri ABŞ olub və bu gün də Minsk qrupu hələ ləğv edilməyib. Buna görə də hesab edirəm ki, ABŞ bu proseslə tanışdır və onun vasitəçiliyi sülhün əldə olunmasına müsbət təsir göstərə bilər.” - deyə o qeyd edib.