#Muha şəhəri

Yəmənin cənub-qərbində yerləşən Muha liman şəhərində husilərin Səudiyyə qüvvələrinin mövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 11 nəfər ölüb. AFP-nin məlumatına görə, hücum “Ənsar Allah” hərəkatının silahlı qanadı tərəfindən həyata keçirilib. Muha şəhərindəki tibbi mənbə bildirib ki, ölənlərdən 3-ü mülki şəxs, 8-i isə hərbçidir. Bundan əvvəl Yəmən hökumətinə bağlı iki hərbi mənbə hücum nəticəsində azı 8 əsgərin öldüyünü, 40-dan çox hərbçinin yaralandığını açıqlayıb.