Husi hərəkatının Siyasi Bürosunun üzvü Hizam əl-Əsəd Səudiyyə Ərəbistanı ordusunu və onun dəstəklədiyi qüvvələri hədələyən açıqlamalar verib. O bildirib ki, husilər ölkələrinə qarşı mühasirəni aradan qaldırmaq və hüquqlarını qorumaq üçün mübarizəni davam etdirəcəklər. Husi rəsmisi həmçinin onların əməliyyatlarını tənqid edən ölkələrə sərt mesajlar ünvanlayıb. Səudiyyə Ərəbistanı isə bu bəyanatlara hələlik cavab verməyib.