#Muhsin Yazıcıoğlu

Türkiyədə “Terorsuz Türkiyə” prosesi çərçivəsində terrorla mübarizənin yalnız silahlı qrupların fəaliyyətinin dayandırılması ilə məhdudlaşmamalı olduğu, eyni zamanda keçmişdə baş vermiş müəmmalı hadisələrin və sui-qəsdlərin də araşdırılmasının vacibliyi müzakirə olunur. Türkiyə mediasında 40 il davam edən terror probleminin aradan qaldırılması ilə yanaşı, terroru qidalandırdığı iddia edilən strukturların və keçmişdə baş vermiş şübhəli hadisələrin araşdırılmasının əhəmiyyətinə diqqət çəkilir.

Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.