#xərçəng xəstələri

ABŞ-ın İranın cənubuna endirdiyi hava zərbələrindən sonra Əhvazdakı Bəqayi İxtisaslaşdırılmış Xəstəxanasından 211 xəstə təxliyə edilib. Xəstəxana rəhbərliyi hücumların tibb müəssisəsini fəaliyyətini dayandırmağa məcbur etdiyini bildirib. Məlumata görə, ölən və ya yaralanan olmayıb. Təxliyə edilənlər arasında xərçəng xəstələri və ağır vəziyyətdə olan pasiyentlər də var. Bəzi xəstələr oksigen cihazları və süni tənəffüs aparatları ilə birlikdə başqa yerlərə köçürülüb. Xəstəxana əməkdaşları ətraf ərazilərin intensiv bombardmana məruz qaldığını bildirirlər. ABŞ tərəfi bu iddialarla bağlı hələlik açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.