#Qafqaz və Beynənnəhr arasında yüksələn körpülər

İraqın və ərəb dünyasının tanınmış, geniş oxucu kütləsinə malik beynəlxalq mətbuat orqanı olan “Azzaman” qəzetində şərqşünas tədqiqatçı Rasim Abdullanın Azərbaycan-İraq əlaqələrinə həsr olunmuş analitik məqaləsi çap olunmuşdur. Müəllif qeyd edir ki, müasir dünyada baş verən qlobal dəyişikliklər fonunda Azərbaycan Respublikası özünün çevik və məqsədyönlü diplomatiyası ilə geosiyasi məkanda mühüm oyunçuya çevrilib. Rəsmi Bakının beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü və Qoşunulmama Hərəkatına dörd illik uğurlu sədrlik Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib.