Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. İclas zamanı Davit İşxanyanın məhkəmə protokoluna dair təqdim etdiyi yazılı qeydlər araşdırılıb və iş materiallarına əlavə olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar və zərərçəkmiş şəxslərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ifadə ediblər. Davit İşxanyan və David Babayan məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər. David Babayanın müdafiəçisi hökmün ləğv edilməsini və bəraət qərarının qəbul olunmasını istəyib. Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.