Pakistanın cənub-qərbində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 40 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumata görə, qəza cümə günü səhər saatlarında Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərinin sərhədi yaxınlığındakı ucqar Dana Sar bölgəsində baş verib.