#ədliyyə

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib. Tərəflər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin əhəmiyyəti vurğulanıb. Son illərdə qarşılıqlı səfərlərin və imzalanmış sənədlərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Həmçinin birgə fəaliyyət mexanizmlərinin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər hüquq və ədliyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.