#Hz. Əbu Bəkr

İslamın ilk xəlifəsi və mömünlərin əmiri Əbu Bəkr Fil hadisəsindən təxminən üç il sonra Məkkədə doğulmuşdur. Anası Ümmül-Xeyr Səlma bint Səxr, Məkkə dövründə Hz. Peyğəmbərin Ərkam b. Əbül-Ərkamın evində (Darül-Ərkam) olduğu sırada İslamı qəbul etmişdir. Atası Əbu Quhafə isə Məkkənin fəthindən (hicrətin 8-ci ili / miladi 630) dərhal sonra oğlu Əbu Bəkrin vasitəçiliyi ilə müsəlman olmuşdur. Anasının və atasının mənsub olduğu Teym qəbiləsinin soyu Mürrə b. Kəbdə Hz. Peyğəmbərin nəsəbi ilə birləşir.