Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.
#Alona Əliyeva
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün musiqi və yaradıcılığa həsr olunan xeyriyyə tədbiri təşkil edilib. Bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə keçirilən ustad dərsi çərçivəsində iştirakçılar musiqi dünyası ilə tanış olub, müxtəlif alətlərin xüsusiyyətləri barədə məlumat əldə edib və interaktiv yaradıcılıq məşğələlərində iştirak ediblər. Tədbirdə çıxış edənlər uşaqların inkişafı, xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər
Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.Qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər. Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib. Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.