Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək. Həlledici qarşılaşmada Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bir-birinə qarşı mübarizə aparacaq. İstanbul şəhərində baş tutacaq oyuna saat 23:00-da start veriləcək. Oyunun baş hakimi Fransanın Fransua Leteksye olacaq.