#Latviyanın Baş naziri

Mayın 13-də Silina, hakim koalisiyaya daxil olan “Mütərəqqilər” fraksiyası ilə görüşüb. Bu koalisiyaya onun rəhbərlik etdiyi “Yeni Birlik” və “Yaşıllar və Fermerlər İttifaqı” da daxildir. Görüş nəticəsində Seymdə fraksiyanın rəhbəri Andris Suvajev bildirib ki, hökumət artıq fəaliyyət qabiliyyətini itirib. O, həmçinin Latviyanın prezidenti Edqars Rinkeçivsi yeni hökumət formalaşdırılması üçün məsləhətləşmələrə başlamağa çağırıb