#Florentino Perez

Real Madrid prezidenti Florentino Perez, klubun üzləşdiyi uğursuz mövsüm sonrası keçirilən mətbuat konfransında, özünə və klubun idarə heyətinə qarşı aparılan "Mütəşəkkil Qaralama Kampaniyası"na qarşı çıxıb. Perez, mətbuat konfransında jurnalistlərə, "Bu kampanyanın arxasında olduğunu düşündüyüm hər kəs haqqında danışmaq istəyirəm... Bəzi insanlar seçkilərə daxil olmaq üçün kölgədə hərəkət edir. O zaman gəlib özlərini göstərsinlər," deyərək, qarşısındakı tənqidçilərinə cavab verdi.