#LeylaƏliyeva

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi təqdim olunub. Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimi Millətlər Sarayı kompleksinin ən simvolik məkanlarından biri olan və qlobal dialoq üçün yüksək rəmzi əhəmiyyət daşıyan möhtəşəm qəbul zalında (Salle des Pas Perdus) baş tutub.