İqtisadiyyat UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.