#Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

22 oktyabr 2025-ci il tarixində Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək. Tədbir saat 11:30-da Azərbaycan İstiqlal Muzeyində baş tutacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub. Səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.