Dekabrın 23-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən media nümayəndələri üçün təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib. Layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir.