#Avtonəqliyyat vasitəsi

21 aprel 2026-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində aparılan təkmilləşdirmə tədbirləri davam etdirilir. Bu çərçivədə sığortalıların sığorta tarixçəsi üzrə mövcud “Bonus-Malus” sisteminin beynəlxalq uğurlu təcrübəyə uyğun olaraq yenilənməsi istiqamətində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dəyişikliklər təsdiqlənib.