#TÜMER və Azərbaycan təşkilatları arasında layihələr

Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azer Allahveranov TÜMER heyətini qəbul edib. Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.