#Türk dünyasında qeyri-hökumət təşkilatlarının rolu

Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azer Allahveranov TÜMER heyətini qəbul edib. Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.