İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərində fələstinlilərə məxsus evlərin dağıdıldığı bildirilir. İsrail buldozerlərinin iki yaşayış binasını, ümumilikdə altı mənzili dağıtdığı açıqlanıb. İsrail tərəfi evlərin tikinti icazəsi olmadan inşa edildiyini iddia edir. BMT məlumatına görə, bölgədə 870-dən çox kommersiya, sənaye və yaşayış binası dağıdılıb. Söküntülər nəticəsində yüzlərlə fələstinli uşağın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir. Evlərindən çıxarılan ailələr gedəcək yerlərinin olmadığını deyirlər. İqtisadi çətinliklər səbəbindən kirayə mənzil imkanlarının da məhdud olduğu qeyd olunur. Bəzi ailələrin öz evlərinin dağıntıları üzərində çadırlarda yaşamaq məcburiyyətində qala biləcəyi bildirilir.
#Ev söküntüləri
Bu gün, bazar ertəsi, İsrail işğal qüvvələrinin ciddi mühafizəsi altında onlarla yəhudi Əl-Əqsa məscidinə daxil olaraq Qübbətüs-Səxra qarşısında “epik səcdə” adlanan dini ayini icra ediblər. Basqına radikal baxışları ilə tanınan israilli haham Eyal Tsinov rəhbərlik edib. O, Qübbətüs-Səxraya aparan pilləkənlərdə dua edərək müsəlmanların hisslərini təhqir edən addım atıb.