#I Fəxri Xiyaban

Ötən gün vəfat edən Xalq artisti Rasim Balayev ilə vida mərasimi keçirilir. Mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunub. Tədbirdə mərhumun ailə üzvləri, yaxınları, dostları, eləcə də bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra görkəmli aktyorun nəşi I Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.