#Kral Salman: Səudiyyə Ərəbistanı regional böhranların həllində əsas rol oynayır

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ramazan bayramı münasibətilə krallıq vətəndaşlarına və bütün İslam dünyasına müraciət edib. Kral Salman ölkəsinin regional münaqişələrin qarşısının alınması və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətindəki qətiyyətli mövqeyini bir daha vurğulayıb.